Logo
news content
User
Kateqoriyalar

Xəbər

Şimali Makedoniyada gecə klubunda yanğın zamanı 59 nəfər ölüb

Şimali Makedoniyanın Koçani şəhərində gecə klubunda baş verən yanğın nəticəsində 59 nəfər ölüb.

Bunu Şimali Makedoniyanın daxili işlər naziri Pançe Toşkovski deyib.

Ölənlərdən 35-nin şəxsiyyəti müəyyən edilib, onlardan 31-i Koçani şəhərinin, 4-ü Ştip şəhərinin sakinləridir. Onların yaşları 14-27 arasındadır.

Yaralıların sayı 151 nəfərdir.

Şimali Makedoniya Səhiyyə Nazirliyinin məlumatına görə, uşaqlar da daxil olmaqla, 18 yaralının vəziyyəti ağırdır.

Ehtimal olunur ki, yanğın pirotexnika səbəbindən başlayıb. Təsdiqlənməmiş məlumata görə, konsert keçirilən gecə klubunun sahibi saxlanılıb.

Bundan başqa, Şimali Makedoniya Daxili İşlər Nazirliyi konsert təşkilatçılarını dindirməyə çağırıb.

Hadisə ilə bağlı digər təfərrüatlar verilmir.