ABŞ istənilən an İrana qarşı döyüş əməliyyatlarını bərpa etməyə hazırdır
17 Aprel 2026
ABŞ zərurət yarandıqda İrana qarşı genişmiqyaslı döyüş əməliyyatlarını sözün əsl mənasında istənilən anda yenidən başlamağa hazırdır.
Bu barədə ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib.
Keyn qeyd edib ki, ABŞ Hörmüz boğazında İran bayrağı altında üzən, eləcə də Tehrana dəstək göstərən istənilən gəmiləri fəal şəkildə təqib edəcək.
"Buna İran neftini daşıyan "kölgə donanması" gəmiləri də daxildir", - o vurğulayıb.
Onun sözlərinə görə, bu missiyanın yerinə yetirilməsinə ondan çox gəmi və təyyarədə xidmət edən 10 mindən artıq dənizçi, dəniz piyadası və pilot cəlb olunub.