Logo
news content
User
Kateqoriyalar

Xəbər

Nazirlər Kabineti "Sea Breeze"ə Xəzərdə yer ayırıb

Azərbaycan Nazirlər Kabineti "Sea Breeze Resort" istirahət zonasında yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün Xəzər dənizində süni torpaq sahələrinin yaradılmasına icazə verib.

Baş nazirin aprelin 15-də imzaladığı qərara əsasən, sahilboyu zolağa bitişik iki süni torpaq sahəsinin yaradılması üçün ümumilikdə 55 hektar su fondu torpağı ayrılıb. Sahələrdən birinin düzbucaqlı, digərinin isə gəmi formasında olması planlaşdırılır.

Bu məqsədlə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti layihənin sifarişçisi - "Nardaran Invest" MMC ilə Xəzər dənizində 55 hektarlıq süni torpaq sahəsinin icarəsinə dair müqavilənin bağlanmasını təmin etməlidir.

Layihənin icrasına nəzarət Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.