Logo
news content
User
Kateqoriyalar

Xəbər

Seysmoloqlardan xəbərdarlıq - Dəhşətli zəlzələ İsrailə yaxınlaşır

Fevralın əvvəlindən İsraildə gücü nisbətən zəif olan altı zəlzələ baş verib. Lakin alimlər xəbərdarlıq edirlər: belə sıx təkanlar silsiləsi yaxınlaşan güclü zəlzələnin əlaməti ola bilər. İsrail mediası yazır ki, zəlzələ bu il ərzində baş verə bilər.

Pressklub.az-ın məlumatına görə, Təl-Əviv Universitetinin Geofizika Departamentinin seysmoloqu doktor Assaf İnbal İsrailin "ITV Channel-12" telekanalının müxbirinə deyib: “İsraildə zəlzələlərin tezliyində ciddi, kəskin artım var".

Sonuncu zəlzələ fevralın 22-də baş verib və onun maqnitudası 4,5 bal olub. Mütəxəssislər İsraildə güclü zəlzələnin  an məsələsi olması ilə razılaşırlar.

Doktor İnbal qeyd edir ki, Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra İsraildə təkanların tezliyi kəskin şəkildə artıb və hələ də azalmır: “Bu nə deyir? Dəqiq deyə bilmərəm, amma kiçik təkanlar ciddi zəlzələnin qarşısını ala bilməyəcək. Bu təkanlar bizim bölgəmizdəki geoloji sınmalarda toplanan bütün gərginliyi “buraxmaq” üçün kifayət qədər enerji sərf etmir”.

Seysmoloqun sözlərinə görə, son onilliklərdə İsraildə belə zəlzələlər silsiləsi olmayıb.

“Elə olur ki, güclü zəlzələdən əvvəl bir sıra təkanlar baş verir. Güclü zəlzələ yaşayacağımızla bağlı müəyyən bir gözlənti var. Ola bilsin ki, bu hadisələrin tempi səngisin, zəlzələ bir il və ya daha çox müddətdən sonra baş versin. Dəqiq proqnoz vermək mümkün deyil”, - doktor İnbal deyir.

Onun sözlərinə görə, Ölü dəniz sınmasında - litosfer plitələri kifayət qədər enerji topladığıından, bu ərazidə baş verəcək güclü zəlzələ son dərəcə dağıdıcı olacaq.