Separatçılar Vaşinqton danışıqlarının dayandırılmasını tələb edirlər
28 İyun 2023
Ermənistanın baş naziri Nikol Paşinyan özünün Twitter səhifəsindən beynəlxalq birliyi Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin təmin olunması üçün konkret addımlar atmağa çağırıb:
“Laçın dəhlizinin qanunsuz olaraq bağlandığı bir vaxtda bu gecə Azərbaycanın PUA-lardan istifadə ilə etdiyi hücum nəticəsində 4 nəfər həlak olub. Cənubi Qafqazda situasiyanın stabilsizləşməsi üçün böyük risk mövcuddur”.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə Qarabağ separatçılarının silahlı birləşməsi xəbər verib ki, Azərbaycan Silahlı Qüvvələri Xocavənd və Ağdərə istiqamətindəki erməni mövqelərini dronlardan istifadə edərək atəşə tutub.
Azatutyun yazır ki, Xankəndidə separatçı rejimin “parlamenti” iyunun 28-də Vaşinqtonda Azərbaycanla danışıqlar aparan Ermənistan nümayəndə heyətinə müraciət qəbul edib.
Həmin müraciətdə Ermənistan nümayəndələrindən Qarabağdakı təmas xəttində atəşkəs tam bərpa edilənədək danışıqların dərhal dayandırılması tələb edilir.
Müraciətdə deyilir ki, “əks halda danışıqların davam etdirilməsi Azərbaycan tərəfinin aqressiv davranışının beynəlxalq səviyyədə təqdiri kimi qiymətləndiriləcək”.
Separatçılar vurğulayırlar ki, “Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayıb və olmayacaq”.
Müraciətdə BMT və başqa beynəlxalq qurumların “yalnız təəssüf ifadə edən bəyanatlarından” narazılıq ifadə olunur.
Separatçılar habelə Qarabağdakı Rusiya sülhməramlılarından Azərbaycan tərəfinin aqressiv hərəkətlərinin qarşısını daha sərt şəkildə almağa çağırırlar.
Azatutyun separatçı rejimə istinadən xəbər verir ki, Azərbaycan tərəfinin hücumu nəticəsində “dörd erməni hərbi qulluqçu həlak olub”.
Qeyd edək ki, bundan əvvəl ermənilərin açdığı atəş nəticəsində Azərbaycan hərbi qulluqçusu yaralanıb
Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 27-si saat 20:05-də “Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri” onların Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Açıqlamaya görə, atəş nəticəsində Azərbaycan ordusunun bir hərbi qulluqçusu yaralanıb:
“Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür”.