Logo
news content
User
Kateqoriyalar

Xəbər

Şarl Mişel Rusiya səfirinə: “Ərzaq böhranının səbəbi sizsiniz”

Kreml ərzaq ehtiyatlarından inkişaf etməkdə olan ölkələrə qarşı gizli silah kimi istifadə edir.

Bu barədə Avropa İttifaqının (Aİ) prezidenti Şarl Mişel BMT Təhlükəszilik Şurasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu, ərzaq qiymətlərini artırır, insanları yoxsulluğa sürükləyir və bütün regionlarda sabitliyi pozur.

“Dünyadakı ərzaq böhranına görə məsuliyyət daşıyan yeganə ölkə Rusiyadır. Kreml həmçinin taxıl anbarlarını hədəfə alır, işğal etdiyi ərazilərdən taxıl oğurlayır və eyni zamanda günahı başqalarının üzərinə atır. Bu qorxaqlıqdır”,- deyə Şarl Mişel bildirib.

Şarl Mişel bildirib ki, Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar kənd təsərrüfatı sahəsinə aid deyil.

Şarl Mişel bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenziyanın üzünə deyib. Rusiya nümayəndəsi çıxış sona qədər dinləyə bilməyərək, zalı tərk edib. Aİ prezidenti isə onun arxasınca "Bu Rusiyanın stilidir, sona qədər qukaq asmamaq" deyib.