Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sanksiyadan yan keçərək: Elit spirtli içkilər Rusiyaya qaçaqmalçılıq yolu ilə gətirir

Beynəlxalq alkoqol brendləri sanksiyalara baxmayaraq, Rusiyaya çatdırılmalarına nəzarət edə bilmir. Kreml “paralel idxal” sxemi ilə elit spirtli içkinin qaçaqmalçılığına icazə verib.

Bu barədə “Bloomberg” yazıb.

“Johnnie Walker” viskisi və “Remy Martin” konyakı kimi məhsullar Ukraynaya genişmiqyaslı işğaldan sonra istehsalçıların ölkəyə ixracını dayandırmasına baxmayaraq, Rusiyada mövcuddur”, - məqalədə qeyd olunub.

Konyak istehsalçısı “Remy” deyir ki, onun mağazalarda satılan spirtli içkiləri anbar qalığı ola bilər. Şirkət həmçinin təklif edir ki, məhsulların Rusiyaya sanksiyalara məruz qalmayan ölkə və təşkilatlardan “paralel idxal” üsulu ilə gətirilib.

“Bloomberg” yazır ki, Rusiyaya ixracını dayandıran kosmetika və ya fərdi elektronika kimi digər sənaye sahələrinin istehsalçıları da oxşar vəziyyətlə üzləşəcəklər.

“Ölkədə “paralel idxala” icazə verilən malların, o cümlədən “IKEA”dan mebel, “Lancome”dan kosmetika və “Hasbro Inc”dən oyuncaqların sayında artım müşahidə olunub”, - nəşr əlavə edib.