Sandu Kremlin Moldovada təxribat planları barədə: “Mülki geyimli diversantlar, girov götürmə...”
13 Fevral 2023
“Kreml Moldovada sabitliyin pozulması ilə bağlı planlar hazırlayır. Həmçinin ölkə hüdudlarından kənardan - Rusiya, Belarus və Balkanlardan olan diversantların cəlb olunması ilə hərbi əməliyyatlara hazırlıq gedir”.
Moldova Prezidenti Maya Sandu Ukrayna tərəfinin ona Kremlin bu planlarını çatdırdığını təsdiqləyib.
Maya Sandu bu barədə xüsusi brifinqdə bildirib.
"Bu, hərbi təlim keçmiş insanların mülki geyimdə cəlb edilməsini nəzərdə tutan qısamüddətli plandır. Onlar zorakı hərəkətlər, o cümlədən bəzi dövlət qurumlarına hücumlar və girov götürülməsi ilə bağlı əməliyyatlar planlaşdırırlar", - deyə Maya Sandu qeyd edib.
Onun sözlərinə görə, Kiyevin təhvil verdiyi materiallarda bu təxribat aksiyalarının təşkili ilə bağlı ətraflı logistik sənədlər yer alıb.
“Plan Moldovada zorakılıq aksiyaları üçün ölkədən kənarda olan şəxslərin istifadəsini nəzərdə tutur. Məsələn, materiallarda Rusiya Federasiyası, Belarus, Serbiya və Monteneqro vətəndaşlarının Moldovaya daxil olması üçün göstərişlər əksini tapıb”, - deyə prezident əlavə edib.
Sandu həmçinin bildirib ki, dinc etirazlar adı altında Kişinyovda hakimiyyətin ələ keçirilməsinə cəhd planı da hazırlanıb.
Prezident əlavə edib ki, Moldovanın hüquq-mühafizə orqanları bu təxribatların qarşısının alınması və vəziyyətin nəzarətdə saxlanmasına dair tədbirlər görür.