Rusiyanın Ukraynada itkiləri 21 min nəfəri keçdi
21 Aprel 2022
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müharibənin 57-ci günü ilə bağlı məlumat yayıb.
Rusiya qoşunlarının Donetsk və Luqansk vilayətlərinə nəzarəti tam ələ keçirməyə cəhd göstərdiyi bildirilib. Məlumata görə, Volınsk, Siversk istiqamətində Rusiya hərbçilərinin fəallığı qeydə alınmayıb: “Rəqib Slobojansk istiqamətində texniki təminat sistemini gücləndirməyə davam edir. Balakliya şəhərində yerli poliklinikaya yaralı rusiyalı hərbçilər yerləşdirilib, musiqi məktəbini də onlar üçün hospital ediblər. Bu sübut edir ki, Rusiya hərbçiləri arasında yaralıların sayı çoxdur və onların təxliyəsində problem var".
Qeyd olunub ki, düşmən Xarkovu atəşə tutmasını və şəhəri mühasirəyə almağa cəhdini davam etdirir: "Donetsk və Tavriya istiqamətində rəqib bütün təmas xətti boyunca ağır artilleriyadan atəş açır".
"Ötən sutka Ukrayna Hərbi Hava Qüvvələri düşmənin 4 hava hücumunu dəf edərək 3 PUA və bir qanadlı raketini sıradan çıxarıb. Donetsk və Luqansk vilayətlərində ötən sutkada rəqibin bir tankı, 9 zirehli texnikası, bir zenit raket kompleksi və döyüş-sursat kompleksi məhv edilib", - məlumatda bildirilib.
Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı da açıqlanıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 21 000-ə yaxın hərbçisi zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 829 ədəd tankı, 2 118 ədəd zirehli döyüş maşını, 393 ədəd artilleriya sistemi, 136 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 67 hava hücumundan müdafiə sistemi, 172 ədəd hərbi təyyarəsi, 151 ədəd helikopteri, 1 508 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 166 ədəd dronu, 27 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.