Rusiyalılar son bir ildə Gürcüstanda 6707 mənzil alıblar
17 Aprel 2023
Rusiyanın Ukraynaya tammiqyaslı təcavüzkar müharibəsi başlanandan bəri Rusiya vətəndaşları Gürcüstanda 6707 mənzil alıblar.
Bu, Gürcüstan Ədliyyə Nazirliyinin rəsmi məlumatlarından bəlli olur.
Bu da qeyd olunur ki, rusiyalılar Gürcüstanda ev alan bütün başqa dövlətlərin vətəndaşlarını sayca xeyli geridə qoyublar.
Məsələn eyni müddətdə İsrail vətəndaşları Gürcüstanda 2563 mənzilə sahib olublar.
Georealty ekspert şirkətinin məlumatına görə rusiyalılar Gürcüstanda mənzilləri təkcə yaşamaq üçün yox, həm də kirayə vermək üçün alırlar.
Bunu o da göstərir ki, 500 Rusiya vətəndaşı Gürcüstan paytaxtında və ölkənin kurort şəhərlərində iki və daha çox mənzil alıb.
Rusiyanın Ukraynaya müdaxiləsi başlanandan bəri 120-130 min arasında Rusiya vətəndaşı Gürcüstana köç edib.
Gürcüstan qanunlarına görə bu ölkədə yaşayış sahəsinin alınması avtomatik olaraq daimi məskunlaşma hüququ verir.
Ölkəyə turist kimi gəlmiş rusiyalıların isə burada viza almadan bir ilədək yaşaması mümkündür.
Yerli müxalifət və ilk növbədə keçmiş prezident Mixeil Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası hakim “Gürcü arzusu” partiyasını “yüz minlərlə rusiyalının ölkəyə anlaşılmaz və şübhəli məqsədlərlə axınına” yol verməkdə ittiham edir.
Lakin hakimiyyət və iqtisadçılar Gürcüstandakı iqtisadı artımı, milli valyutanın möhkəmlənməsini məhz rusiyalıların miqrasiyasına bağlayırlar.
Ötən il Gürcüstanın ÜDM-i rekord 10 faiz yüksəlib.
2023-cü ilin ilk üç ayı ərzində rusiyalılar Gürcüstanda 5332 biznes qeydiyyatdan keçiriblər.
Bunlardan 191-i MMC-lər və 8-i QHT-lərdir.
Qalan 5133 halda Rusiya vətəndaşları Gürcüstanda fərdi sahibkar kimi qeydiyyatdan keçiblər.
2022-ci ildə rusiyalılar Gürcüstanda 15 min biznes qeydiyyatdan keçirmişdilər.

Təkcə yaşamaq üçün yox

Millətçilik, yoxsa iqtisadi artım?