Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyalı idmançı Polşada casusluq ittihamı ilə saxlanıldı

Polşada birinci liqa klubunun rusiyalı hokkeyçisi casusluqda ittiham edilərək saxlanılıb.

Onun həmçinin Moskvanın maraqlarına uyğun fəaliyyət göstərdiyi deyilən casus şəbəkəsi ilə əlaqəsi olduğu iddia olunub.

Bu barədə Polşa Daxili Təhlükəsizlik Agentliyi məlumat yayıb.

Məlumata görə, bu artıq qeyd edilən istintaq zamanı saxlanılan 14-cü şəxsdir.

“Bütün saxlanılanlar xaricdən gələn, Polşaya qarşı kəşfiyyat, təbliğat fəaliyyəti həyata keçirən və Rusiya kəşfiyyatının göstərişi ilə təxribat aktları hazırlayan əcnəbilər kimi identifikasiya olunublar”, - deyə məlumatda bildirilib.

Saxlanılan hokkeyçini on ilə qədər həbs gözləyir. Məhkəmə hələlik onun 3 aylıq həbsinə qərar verib.

Qeyd edək ki, martın sonunda Polşada Rusiya üçün casusluq fəaliyyətində şübhəli bilinən daha üç nəfərin həbs olunduğu barədə bildirilib.

Rusiya Xarici İşlər Nazirliyi Polşa hakimiyyətindən 20 yaşlı rusiyalı hokkeyçi Maksim Sergeyevin saxlanılması ilə bağlı dərhal hərtərəfli izahat verilməsini tələb edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

O həmçinin qeyd edib ki, Rusiyanın Varşavadakı səfirliyi hadisənin bütün detallarını araşdıracaq və vəziyyəti nəzarətdə saxlayacaq.