Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyadan gələn qarayara təhlükəsi: bunlardan ehtiyatlı olun!

Rusiyanın müəyyən bölgələrində “Sibir xorası” (qarayara) xəstəliyi yayıla bilər. İnsanlar ya dəri forması ilə, ya da ölüm nisbətinin 80 faizə çatdığı ən təhlükəli mədə-bağırsaq və ağciyər formaları ilə xəstələnə bilər.


Pressklub.az Rusiya mediasına istinadla xəbər verir ki, bunu rusiyalı immunoloq Nikolay Kryuçkov deyib.


Qeyd olunur ki, artıq Çuvaşiyanın iki sakininə qarayara diaqnozu qoyulub. Onlardan biri, əti artıq naməlum şəxslərə satılmış öküzü kəsərkən yoluxub. Heyvan, öz növbəsində, xəstəliyə satın alınmış yem vasitəsilə yoluxub.


İnfeksiya


“Sibir xorası”nın sporlarına torpaqda, suda, endemik ərazilərdə bitkilərdə rast gəlmək olar. İnsan bu infeksiyaya bir neçə yolla yoluxa bilər. Yoluxmuş əti kəsərkən əlinizdə kəsilmiş, zədəli yerlər varsa, qan vasitəsilə dəri forması, tənəffüs vasitəsilə ağciyər forması əmələ gələcək. Əgər yoluxmuş ət yeyirsinizsə - mədə-bağırsaq formasına yoluxarsınız.


Qarayara bakteriyası yüksək termal şəraitdə ölə bilər. Ancaq hər kəsin əti necə, hansı temperatura qədər qaynatdığını, yaxud qızartdığını bilmirik.


Yayılma


Alim qeyd edib ki, bu infeksiya insandan insana keçmir. Yalnız dəri forması, o da nadir hallarda, yoluxucu ola bilər.


“Bu mənada, insandan insana yoluxma riski ən az qiymətləndirilir. Əsas təhlükə çirklənmiş ətdir”.


İmmunoloq təkcə çirklənmiş əti alanların müəyyən edilməsinin deyil, həm də çirklənmiş yemin mənşəyinin, onu alanların, ona yoluxa biləcək heyvanların da müəyyən edilməsinin vacibliyini bildirib.


Proqnoz


“Sibir xorası”nın dəri forması, alimin fikrincə, nisbətən də olsa, ən asan müalicə olunandır. Müalicə olmadan ölüm nisbəti yüzdə 10-a yaxındır, müalicə olsa, ölüm göstəricisi minimuma endirilə bilər. Ən təhlükəlisi ağciyər və mədə-bağırsaq formalarıdır.


Müalicə olmadan, ağciyər formasının ölümcüllüyü təxminən 80 faizdir. Müalicə ilə - təxminən 45.