Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada polisə hücum edilib - 7 nəfər ölüb

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında yol polisi patruluna hücum olub.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hücum zamanı 2 polis əməkdaşının həlak olduğu, 4 nəfərin yaralandığı qeyd olunub.

Hücum edən 5 nəfərin cavab atəşi ilə məhv edildiyi vurğulanıb.