Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya XİN: Azərbaycan və Ermənistan arasında danışıqların dondurulmasını səmərəli hesab etmirik

“Biz Bakı və İrəvanla dialoq yolu ilə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında imzalanmış üçtərəfli bəyanata uyğun olaraq Laçın yolunun tam fəaliyyətini bərpası ilə bağlı qarşılıqlı məqbul həll yollarının axtarışını davam etdiririk”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

Onun sözlərinə görə, vəziyyətin necə olmasından asılı olmayaraq, danışıqlar prosesinin istənilən bəhanə ilə dondurulmasını səmərəli olmadığını hesab edirik: “Məsələr arasında belə bağlantılar bütün Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyin bərpası perspektivlərini bir-birindən ayırır”.