Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Rusiya sülhməramlılar məsələsini yalnız Azərbaycan tərəfi ilə müzakirə edir"

Qarabağda sülhməramlıların məsələsi yalnız Azərbaycan tərəfi ilə müzakirə olunur.

Bu barədə Rusiya xarici işlər nazirinin Mixail Qaluzin TASS-a müsahibəsində deyib.

“Tərəfdaşlarla dialoqumuz konstruktiv xarakter daşıyır. Biz yaranan bütün məsələləri qarşılıqlı razılaşma əsasında həll edirik. 2025-ci ilin noyabrından sonra Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərinin uzadılmasına gəlincə, bu, regiondakı vəziyyətdən, tələblərdən, Bakı ilə müvafiq razılaşmalardan asılı olacaq”, - nazir müavini bildirib.