Rusiya Qarabağ məsələsində yenə Qərbi ittiham etdi - Minsk Qrupunu onlar dağıtdılar
17 Fevral 2023
Rusiya yenidən Qərbi Qarabağla bağlı danışıqları pozmaqda ittiham edib. Bir il əvvəl Ukraynaya qarşı geniş miqyaslı təcavüzə başlayan Moskva 30 il davam edən danışıqlar zamanı heç bir real nəticəyə nail olmayan ATƏT Minsk Qrupunun fəalyyətinin dayanmasında əsas məsuliyyətin onun üzərinə düşdüyünü qəbul etmək istəmir.
Pressklub.az xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinq zamanı ATƏT-in Minsk Qrupu formatı hələ ötən ilin fevralında "zibil qutusuna atıldığını" və bu məsələdə Qərb ölkələrinin günahkar olduğunu iddia edib.
Onun sözlərinə görə, həmin vaxt Amerika və Fransadan olan həmsədrlər uydurma bəhanə ilə rusiyalı həmkarları ilə əməkdaşlığı dayandırıblar.
"Buna hələ də aydın izah verilməyib. Bunu nəzərə alaraq, biz yüksək səviyyədə müvafiq razılaşmalar kompleksinə əsaslanaraq, diqqətimizi üçtərəfli formatlar çərçivəsində Yerevana və Bakıya kömək etmək üzərində cəmləşdirmişik, bunu dəfələrlə demişik və izah etmişik", deyə RİA-Novosti Zaxarovadan sitat gətirir.
Rusiya tərəfi Moskvada Ermənistan və Azərbaycan XİN başçılarının görüşünü təşkil etməyə hazır olduğunu təsdiq edir və ölkələr arasında sülh sazişi bağlanması prosesinə kömək etməyə davam edir, deyə Zaxarova bildirib.
Bu kontekstdə bu yaxınlarda RF XİN-in xüsusi nümayəndəsi İqor Xovayevin Yerevana və Bakıya "faydalı" səfəri baş tutub. "Ermənistan və Azərbaycan tərəfləri RF-nin bu məsələdə vasitəçilikdə maraqlı olduqlarını təsdiq ediblər", deyə o qeyd edib.