Rusiya ötən gecə Xersona 445 mərmi atıb: 2 ölü
13 May 2023
Rusiya qoşunları ötən gecə Ukraynanın Xerson vilayətinə 445 mərmi atıb, nəticədə 2 nəfər həlak olub.
Pressklub.az UNIAN-a istinadən xəbər verir ki, bunu mayın 13-də Xerson vilayəti Hərbi Administrasiyasının başçısı Oleksandr Prokudin bildirib.
Onun sözlərinə görə, Rusiya ordusu vilayət ərazisinə “Qrad”, tank, PUA, aviasiya və başqa hərbi texnikalardan 88 dəfə atəş açıb.
Ukraynanın Xmelnitski vilayəti Hərbi Administrasiyasının başçısı Sergey Tyurin isə deyib ki, Rusiya ordusu ötən gecə bölgədəki vacib infrastrukturlara hücum edib. Nəticədə 5 nəfər yaralanıb.