Rusiya “nüvə dəyənəyi”ndən istifadə etmək istəyir - Müharibə fevralın ortalarında başlaya bilər
07 Fevral 2022
Kreml Ukraynaya gözlənilən müdaxilə ərəfəsində Qərbə xəbərdarlıq etmək üçün “nüvə dəyənəyini” də istifadə etmək niyyətindədir. Bu barədə “The Financial Times” qəzetinin məqaləsində deyilir.
Belə ki, Rusiya özünün strateji nüvə qüvvələrinin hər il keçirilən təlimlərinin vaxtını bu il dəyişdirib və həmin təlimləri fevral ayına təyin edib. Nüvə qüvvələrinin manevrləri NATO və ABŞ-a Moskvanın Ukraynaya hücum edəcəyi təqdirdə situasiyaya qarışmamaq barədə xəbərdarlıq qismində istifadə ediləcək.
ABŞ Silahlı Qüvvələrinin Birləşmiş qərargah rəisləri komitəsinin sədri, general Mark Milli və ABŞ kəşfiyyatının rəhbəri Evril Heyns bildirirlər ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fevralın ortalarında başlaya bilər. Bir qayda olaraq Rusiya qitələrarası ballistik nüvə raketlərini tətbiq etməklə nüvə qüvvələrinin təlimlərini payızda keçirir. Amma bu il təlimlər fevral ayına keçirilib. ABŞ hesab edir ki, Rusiya prezidenti Vladimir Putin bu yolla “əzələ oynadır”, ABŞ-ı və Şimali Atlantika alyansını xəbərdar edir ki, Ukrayna ətrafındakı situasiyaya qarışmaq niyyətinə düşməsinlər.
Qəzetin yazdığına görə, bu arada Rusiya Ukayna sərhədləri boyu qoşun cəmləşdirməyi də davam etdirir. Bir neçə gün əvvəl sərhədə 1200-2100 arası Rusiya xüsusi təyinatlıları yerləşdirilib.
Hazırda Ukrayna boyu cəmləşdirilmiş qoşunların ümumi sayı 100 min nəfərdən çoxdur. Amerikalı analitiklərin fikrincə, bu qruplaşma tammiqyaslı hücum əməliyyatları üçün zəruri olan qoşunların ümumi sayının 70 faizini təşkil edir. Lakin fevralın ortalarında Rusiya qoşunların konsentrasiyasını sürətlə artıra və hücum üçün zəruri qüvvələrin hamısını cəmləşmə rayonlarına yerləşdirə bilər.
Rusiya isə Ukraynaya hücum niyyətinin olduğunu təkzib edir. Məsələn, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib ki, Moskvanın belə niyyəti yoxdur. “Rusiya heç kimə hücum etməyə hazırlaşmır, bu bizim maraqlarımıza cavab vermir və sərfəli deyil”, - səfir bildirib. O, Ukraynaya qarşı gözlənilən Rusiya təcavüzü barədə deyilənləri “boş söhbət” və “illüziya” adlandırıb.