Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Moldova Prezidentini yalan danışmaqda ittiham etdi

Rusiya Xarici İşlər Nazirliyi Moldova prezidenti Maya Sandunu yalan danışmaqda ittiham edib.

Pressklub.az TASS-a istinadla xəbər verir ki, Rusiya XİN bunu Moldova prezidentinin son bəyanatını şərh edərkən bildirib.

“Prezident Sandunun "Rusiyanın Moldovada vəziyyəti sabitləşdirmək planı" ilə bağlı bəyanatı əsassız və sübutsuzdur”, - deyə, XİN-in açıqlamasında qeyd edilir.

 

XİN vurğulayıb ki, Ukrayna tərəfi Moldova və Rusiya ilə arasında qarşıdurma yaratmağa çalışır: “Biz rəsmi Kişinyovu müdriklik göstərməyə, xaricdən gələn sifarişli təxribatlara uymamağa çağırırıq”.

Xatırladaq ki, Maya Sandu bundan əvvəl Moldovaya hücum hazırlandığı ilə bağlı açıqlama vermişdi.