Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Kiyevin dinc sakinlərini hədəf aldı - 10 ölü, onlarla yaralı - FOTOLAR

Rusiya Silahlı Qüvvələrinin Kiyevə genişmiqyaslı hücum həyata keçirib. 

Kiyev şəhər meri Vitali Kliçkonun sözlərinə görə, müxtəlif növ raketlərdən və PUA-lardan istifadə etməklə həyata keçirilən kombinasiya edilmiş hücum nəticəsində 10 nəfər ölüb, 100-ə yaxın insan yaralanıb. 

Onun sözlərinə görə, xəsarət alanlar arasında çoxlu sayda uşaq da var: “Yaralılar, cümlədən uşaqlar xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerindəcə köməklik göstərilib”.

Daxili işlər naziri İqor Klimenko isə bildirib ki,hələ də dağıntılar altında insanlar qalıb. 

"Xarabalıqlar altından telefon zəngləri eşidilir - bütün insanların çıxarıldığına əmin olana qədər axtarışlar davam edəcək", - deyə o bildirib.

RBK-Ukrayna Kiyev şəhər Dövlət Administrasiyasının rəhbəri Nikolay Kalaşnikə istinadən bildirir ki, atəş nəticəsində yaşayış binaları zərər görüb. Buça rayonunda üç beşmərtəbəli yaşayış binası zədələnib. Onlardan birinin damında yanğın söndürülüb. Bundan əlavə, dörd mağaza, səkkiz avtomobil və ictimai nəqliyyat dayanacağı zərər görüb.