
Mirzoyanı döyən şəxs üç il həbs cəzası aldı
14 May 2025
Ermənistan xarici işlər nazir Ararat Mirzoyanı (həmin vaxt parlament sədri vəzifəsini tuturdu) döyən şəxslərdən biri olan Ara Badoyana üç il iş kəsilib.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Hazırda həbsxanada olan şəxsin cəzasını başa çatmasına 1 il 11 ay qalıb.
Qərar elan edildikdən sonra A.Badoyanın vəziyyəti pisləşib, buna görə də təcili tibbi yardım çağırılıb.
Xatırladaq ki, 2020-ci il noyabrın 10-da gecə saatlarında Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanatın imzalanması barədə məlumatdan sonra İrəvanda kütləvi iğtişaşlar başlayıb.
A.Mirzoyana hücum edən şəxslər onu döyüblər. O zamankı parlament sədri xəstəxanaya yerləşdirilib.
A.Badoyanın özünü günahkar saymır.