Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Rusiya İrana müasir qırıcılar verə bilər" - Blinken

“ABŞ administrasiyası hesab edir ki, Moskva Tehrana müasir Rusiya qırıcıları verə bilər ki, bu da İranı daha da təhlükəli ölkəyə çevirəcək”.

Pressklub.az xəbər verir ki, bunu “CBS” telekanalına müsahibəsində ABŞ dövlət katibi Entoni Blinken bildirib.

O, bir daha təsdiq edib ki, İran Rusiyanı Ukraynada hərbi əməliyyatlar zamanı istifadə olunan pilotsuz uçuş aparatları ilə təmin edir:

“Rusiya ilə İran arasında münasibətlər getdikcə daha təhlükəli xarakter alır və bu, əslində ikitərəfli bir yoldur. İran təkcə Rusiyaya texnika tədarük etmir, həm də Rusiya İrana hərbi texnika, görünür, müasir döyüş təyyarələri də verir. Görünən budur ki, bu baş verir və nəticədə İran daha da təhlükəli ölkəyə çevriləcək”.