Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qumenyuk: "Rusiya yeni taktikanı seçib, indi əhalini bombalayır"

“Rusiya qoşunları Ukraynanın cənub istiqamətində taktikanı dəyişib. Onlar əhaliyə hava zərbələri endirməyə başlayıblar”.

UNIAN xəbər verir ki, Cənubi Ukrayna Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk deyib.

Onun sözlərinə görə, qarşı tərəf üçün quru mövqelərini tutmaq getdikcə çətinləşir: “Biz onları Dneprin sol sahilindən çıxarmışıq. Onlar bacara bilməyəcəklərini anlayırlar. Ona görə də taktikanı dəyişiblər”.

N.Qumenyuk bildirib ki, bütün bunlar klassik terrorizm nümunələridir: “Çünki bu hücumlar heç bir hərbi obyektə yönəlməyib. Həmçinin son üç gündə düşmən pilotsuz uçuş aparatları ilə hücumu intensivləşdirib”.