Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qoz-fındıq xərçəng riskini 40 faizə qədər azaldır

Qoz-fındıq antioksidantlar, vitaminlər, liflə zəngindir, iltihab əleyhinə və digər xüsusiyyətlərə malikdir. Bu təsiredici qidalanma profili xərçəngin qarşısını almaq üçün “kifayət qədər uyğun” görünür.

Hər iki insandan birində həyatı boyu xərçəngin bu və ya digər forması inkişaf edir. Bu statistika qorxulu perspektivdir, lakin tədqiqatlar göstərir ki, ölümcül xəstəlik riski dəyişdirilə bilər.

Qoz-fındıq xəstəliyin qarşısını ala və bu xəstəlik səbəbindən ölüm riskini əhəmiyyətli dərəcədə - 40 faiz azalda bilər.

Faydalı piylər, zülal, lif və iltihab əleyhinə xüsusiyyətlərlə zəngin olan qoz-fındıq sadəcə dadlı qəlyanaltıdan daha çox şey təklif edir.

Tədqiqatlar göstərir ki, kiçik porsiyalar xərçəng, şəkərli diabet və ürək xəstəlikləri də daxil olmaqla, bir sıra problemlərlə bağlı riski azalda bilər.

İspaniyada yeddi mindən çox yaşlı insanın iştirakı ilə aparılan beşillik müdaxiləçi tədqiqat göstərib ki, həftədə üç dəfədən çox qoz-fındıq qəbul edən qrupda xərçəngdən ölmə riski 40 faiz azdır. Bu nəticəyə, spirtli içkilərin istehlakı, fiziki aktivlik və siqaret çəkmək kimi digər həyat tərzi faktorları nəzərə alındıqdan sonra gəlinib.

Qoz-fındığın nisbətən bahalı olmasına baxmayaraq, bədəninizin sağlamlığını qorumaq və xərçəng riskini azaltmaq üçün əmanətlərinizdən istifadə etməyə gərək yoxdur. Diyetoloq izah edib ki, məqsədə nail olmaq üçün gündə bir ovuc qoz-fındıq kifayət etməlidir.

Buna görə, qoz-fındığı çox faydalı hesab etdiyimizə baxmayaraq, onun böyük miqdarda qəbul edilməsi həkim-diyetoloq tərəfindən tövsiyə edilmir.