Qazaxıstanın keçmiş müdafiə naziri saxlanılıb
21 Fevral 2022
Qazaxıstanın keçmiş müdafiə naziri Murat Bektanov saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 452-ci (hakimiyyət orqanlarının hərəkətsizliyi) maddəsi ilə cinayət işi açılıb, istintaq başlayıb. O, Nur-Sultandakı müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
Bundan əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin daxili işlər nazirinin keçmiş müavini, general-leytenant Ruslan Jaksılıkovu yeni müdafiə naziri təyin edib.