Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qazaxda 23 yaşlı gənc minaya düşüb, ayağı amputasiya olunub

Qazax rayon Quşçu Ayrım kəndində mina partlayışı nəticəsində xəsarət alan şəxsin ayağı amputasiya olunub.

Qazax rayon sakini, 2001-ci il təvəllüdlü İlkin Sarıyev ərazidə mal qara otaran zaman minaya düşüb.

Ağır xəsarətlər alan şəxs xəstəxanaya çatdırılıb. Cərrahiyyə əməliyyatı olunan zərər çəkmişin bir ayağı amputasiya olunub.

Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.