Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qafarova və Simonyan arasında görüş olub

Cenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan arasında qısa danışıqlar olub.

Ermənistan KİV-i xəbər verir ki, bunu Ermənistan Parlamentinin mətbuat xidmətinin rəhbəri Nelli Qulyan deyib.

Qeyd edək ki, görüş Parlament sədrlərinin VI Ümumdünya Konfransı çərçivəsində baş tutub. Onların əsas görüşünün bu axşam baş tutacağı bildirilir.