Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putinin yaxtası həbs edildi? – İtaliyadan xəbər var…

İtaliya hökuməti Avropa sanksiyaları çərçivəsində Marina di Karrara limanında Rusiyaya məxsus bahalı superyaxtaya həbs qoyub.

Bu barədə İtaliyanın İqtisadiyyat və Maliyyə Nazirliyi məlumat yayıb.

Gəminin mayın əvvəlində üzməsi planlaşdırılıbmış.

"Bu, artıq ölkəmizin rus oliqarxlarına qarşı tətbiq etdiyi 100-cü sanksiyadır: indiyədək dondurulmuş aktivlərin ümumi dəyəri bir milyardı ötür", deyə "Şehrazadə"nin həbsi haqqında sərəncam imzalayan iqtisadiyyat naziri Daniel Franko bildirib.

Konkret ad açıqlamasa da, yaxtanın Rusiyanın rəhbər şəxslərindən birinə məxsus olduğunu bildirilib.
Uzunluğu 140 metr, dəyəri 750 milyon dollar olan “Şeherazade” (Scheherazade) adlı yaxtanın Kayman adalarının bayrağı altında üzdüyü vurğulanıb.



Qeyd edək ki, rusiyalı müxalifət lideri Aleksey Navalnının komandasının bu ilin martında tamamladığı araşdırmaya görə, “Şeherazade” yaxtası prezident Vladimir Putinə məxsusdur. Lakin sənədlərdə   “Rosneft”in keçmiş prezidenti oliqarx Eduard Xudainatovun adı göstərilir.