Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putinin keçmiş dostu: "O xərçəngdən əziyyət çəkir"

Rusiya Prezidenti Vladimir Putinin keçmiş dostu və keçmiş bankir Sergey Puqaçov diqqət çəkən açıqlama verib.

O, Rusiya rəhbərinin ağır xəstəlikdən əziyyət çəkdiyini iddia edib.

Putinin səhhəti necədir? - Lavrov açıqladı Keçmiş bankir ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində Putinin xərçəng xəstəliyi ilə mübarizə apardığını ehtimal edib.

Onun sözlərinə görə, Rusiya lideri bu xəstəliyi sadəcə yaş faktoruyla əlaqədar tapıb.

- Mən belə güman edirəm ki, Rusiya prezidentində xərçəng xəstəliyi var. Bu sadəcə yaşa görədir... Niyə də olmasın? Mən xərçəngin 70 yaşında yarandığını güman edirəm. Xərçəng müalicə olunur. Baxmayaraq ki, bu, təbii ki, onun hansı onkoloji növündən asılıdır, - Puqaçov deyib.

Xatırladaq ki, son vaxtlar dünyanın bir sıra ekspertləri və media orqanları Vladimir Putinin xəstə olduğunu yazırlar. Onun xüsusilə də, mədəaltı vəzinin və ya onurğa sümüyü xərçəngi, Parkinson xəstəliyi, demensiyadan əziyyət çəkdiyi deyilir.