İran hava məkanını bağlayır, 48 saat ərzində zərbə endirilə bilər
03 Noyabr 2024
İran ordusu noyabrın 4-ü saat 02:30-dan noyabrın 6-sı saat 18:30-a qədər hava məkanının bağlanması barədə bildiriş dərc edib.
Bu barədə "Azad İran" məlumat yayıb.
Bildirişdə qərarın səbəbi kimi silah atışları göstərilib. Amma müşahidəçilər bunun İranın İsrailə mümkün cavab zərbəsi ilə bağlı ola biləcəyini qeyd edirlər. Onların fikrincə, cavab zərb\si 48 saat ərzində endirilə bilər.
Digər tərəfdən, son 24 saat ərzində ABŞ B-52 strateji bombardmançı təyyarələrini yenidən Yaxın Şərqə göndərib.
Belə görünür ki, İran ABŞ-də seçki günü İsrailə hücum etmək istəyir.