Logo
news content
User
Kateqoriyalar

Xəbər

COP29-un məşhur qonaqları kimlərdir?

Azərbaycanda keçiriləcək COP29 sammitində ABŞ nümayəndə heyətinə ABŞ Prezidentin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri John Podesta rəhbərlik edəcək.

Turanın məlumatına görə, 20-dən çox rəsminin olacağı komandada ABŞ dövlət katibi Antony Blinken olmayacaq.

Artıq məlumdur ki, Rusiya Prezidenti Vladimir Putin COP29 tədbirində iştirak etmək üçün Bakıya gəlməyəcək, Azərbaycan hökumətindəki mənbə BBC Azərbaycancaya bildirib.

Rusiya tədbirdə "Baş nazir səviyyəsində təmsil olunacaq", mənbə deyib.

Ukrayna Qərb ölkələrini Putinin Azərbaycanda keçirilən COP29 sammitinə gələcəyi halda, tədbiri boykot etməyə çağırıb.

Tədbirdə Ukrayna da geniş nümayəndə heyəti ilə iştirak edəcək. Ancaq məlum deyil ki, heyətə ölkə Prezindenti Volodimir Zelenski rəhbərlik edəcək, ya yox.

Gələnlərin arasında Türkiyə Prezidenti Recep Tayyyip Erdoğan, Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif, İsrail Prezidenti İsxak Hersoq, İtaliya Baş naziri Giorgia Meloni, İspaniyanın Baş naziri Pedro Sánchez, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva gələcək.

Bundan başqa tədbirə Banqladeş Prezidenti Məhəmməd Şahabuddin, Ruanda Prezidenti Pol Kaqamen, Konqo Prezidenti Feliks Çisekedi, Albaniya Baş naziri Edi Rama və başqaları olacaq.

Ötən il Dubayda keçirilən COP28-ə ABŞ Prezidenti Joe Biden səbəb göstərmədən qatılmayıb, amma tədbirə Böyük Britaniya Kralı III Charles və başqa dünya liderləri və siyasətçiləri qatılıb.

Onlar arasında BMT-nin Baş Katibi Antonio Quterres, ABŞ Prezidentinin İqlim üzrə Xüsusi Elçisi John Kerry, Hindistanın Baş Naziri Narendra Modi, Fransa Prezidenti Emmanuel Macron olub.

Tədbirə həmçinin ABŞ vitse-prezidenti Kamala Harris, Bill və Melinda Qeyts Fondunun həmsədri Bill Geyts, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Almaniya kansleri Olaf Şolz qatılıb.

Bundan başqa, məşhur aktyor Leonardo DiCaprio, Cənubi Koreyalı aktyor Yeo Jin-goo, aktrisa Jane Fonda kimi tanınmış şəxslər gəlib.