Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Putinin həbs qərarı yalnız başlanğıcdır” - Borrel

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verilməsi ilə bağlı qərarını alqışlayıb.

Bu barədə C.Borrel tviterdə bildirib.

“Cinayətlərin şiddəti və BCM-nin bəyanatı öz-özündən xəbər verir”, - Aİ-nin baş diplomatı vurğulayıb.

“Bu, beynəlxalq ədalət və Ukrayna xalqı üçün mühüm qərardır. Biz Avropa İttifaqında həmişə açıq şəkildə bildirmişik ki, Ukraynaya qarşı qanunsuz təcavüzün günahkarları məsuliyyətə cəlb edilməlidir", - Cozep Borrel qeyd edib.

Borrel əlavə edib ki, bu həbs qərarı Ukraynada hərbi cinayətlərə görə potensial günahkar şəxslərin məsuliyyətə cəlb edilməsi prosesinin yalnız başlanğıcıdır.