Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putinin danışıqlar aparmaq istəməsinin heç bir əlaməti yoxdur - Ağ Ev

Çərşənbə günü Ağ Evdən Vladimir Putinin sülh danışıqları aparmağa hazır olduğunun heç bir əlamətini görmədiklərini bildiriblər. "Əslində hər şey əksinədir", deyə ABŞ Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi bildirib.

Turan-ın Ukraynanın qələbəsini təmin etmək üçün Amerika təyyarələrinə ehtiyac olub-olmaması və Putinin danışıqlar masası arxasına oturmaq istəyinin hər-hansı əlamətinin olub-olmaması haqqında sualına cavabda o, belə deyib:

"Bizim Kremldən gördüyümüz hər şey cənab Putinin bu müharibəni davam etdiirmək istədiyini göstərir. Buna görə biz, - təkcə ABŞ deyil, - Ukraynanı və onun döyüş meydanında uğura nail olmaq imkanlarını dəstəkləmək üçün əlimizdən gələni edəcəyik".

Qərbin dəstəyinin iki məqsədi var: hərbi və maliyyə dəstəyi. Ukraynanın dövlət qulluqçularına ödəniş etməyi və xəstəxanaları və məktəbləri açıq saxlamağı davam etdirə bilməsi üçün, deyə Kirbi qeyd edib.

Bu yaxınlarda Vaşinqton Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb. Buraya HIMARS sistemləri üçün uzaq mənzilli raketlər, habelə artilleriya döyüş sursatları, atıcı silahlar, nəqliyyat vasitələri və s. daxildir. "Biz gələcəkdə də bunu davam etdirmək niyyətindəyik", deyə o əlavə edib.

Kirbinin sözlərinə görə, ukraynalılar yazda başlayacaq döyüş əməliyyatlarına hazırlaşırlar. Buna görə Ukraynanın Müdafiə Nazirliyi Ukrayna hüdudlarından kənarda öz hərbi qulluqçularına təlim keçir.

"Hər bir ölkə Ukraynaya hansı şərtlərdə nə verə biləcəyinə qərar verməlidir, çünki hər bir ölkənin haqqında düşünməli olduğu milli təhlükəsizlik maraqları və öz ittifaqları, öz suveren qərarları var. Biz buna hörmət edirik", deyə o, qeyd edib.