Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin yenidən işğal edilmiş Ukrayna şəhərlərində olub

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın işğal altındakı Xerson vilayətinə səfər edib, “Dnepr” qoşun qruplaşmasının qərargahında olub.

TASS xəbər verir ki, məlumatı aprelin 18-də Rusiya Prezidentin Mətbuat xidməti yayıb.

V.Putin hərbçilərlə müşavirə keçirib, “Dnepr” qoşun qruplaşmasının komandanı general-polkovnik Oleq Makareviçin, Hava-Desant Qoşunlarının komandanı general-polkovnik Mixail Teplinskiyin və başqa hərbi rəislərin məruzələrini dinləyib.

Bu, V.Putinin Ukraynanın Xerson vilayətində keçirdiyi ilk müşavirədir.

Bundan sonra Putin ölkəsinin işğal etdiyi Ukraynanın Luqansk vilayətində “Vostok” Milli Qvardiyasının qərargahında olub.

Bildirilib ki, V.Putin bu bölgədə Rusiya hərbi komandanlığının məruzəsini dinləyib.

Xatırladaq ki, o, martın 19-da Rusiyanın ilhaq etdiyi Ukraynanın Mariupol şəhərində də olub.