Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin üçün geriyə yol yoxdur


Mayın 9-da Rusiya Moskvanın Qırmızı Meydanında Qələbə Gününü möhtəşəm hərbi parad və aviaşou ilə qeyd edəcək.





Vladimir Putin ola bilsin ki, Sovet İttifaqının 1945-ci ildə nasist Almaniyası üzərində qələbəsinə həsr olunan və hər ill qeyd edilən bayramdan Rusiya xalqına özünün Ukrayna üzərində qələbəsini hədiyyə etmək üçün istifadə edəcəyinə ümid edirdi.





Lakin Ukraynaya qarşı müharibə Moskvanın planlaşdırıldığı kimi getmədi.





Rusiya liderinin bu müharibənin hazırkı nəticələrini necə qələmə verəcəyindən asılı olmayaraq, bir məsələ aydındır: bu elə bir müharibədi ki, Rusiya onu heç bir ağlabatan mənada uda bilməz - britaniyalı hərbi təhlilçi Michael Clarke yazır.




İki ay ərzində Kreml sürətlə A planından B planına və sonra isə C planına keçib - və indi hətta rusiyalar bütün Donbası və bütün cənubu işğal etməyə müvəffəq olsalar belə, onlar bu halda həmin əraziləri sonu bəlli olmayan müddət ərzində idarə etməli olacaqlar. Bu ərazidə isə Rusiya işğalçılarının orada olmasını istəməyən milyonlarla ukraynalı yaşayır.





Odur ki, Putinin bu yolu "zalımcasına davam etməkdən" başqa, elə bir ağlabatan seçimi yoxdur, britaniyalı ekspert hesab edir.





Şəxsən Vladimir Putin üçün geriyə yol yoxdur və o, hətta hərbi cinayət törətməkdə ittiham oluna bilər.





Onun yeganə siyasi strategiyası Ukraynadakı müharibəyə fərqli bir don geydirməkdən ibarət ola bilər - Putin bu müharibəni Rusiyanı məhv etmək şansından ləzzət alan Qərb "nasistləri" və "imperialistləri" ilə Rusiyanın ölüm-dirim mübarizəsinin bir hissəsi kimi təqdim etməyə çalışa bilər.





Elə bu səbəbdəndir ki, Ukraynaya hücumu Rusiyanın Avropanın qalan hissəsi ilə "Böyük Vətən Müharibəsi 2.0" kimi təqdim edilməsi təhlükəli ideyasını ortaya atmaq Putinin maraqlarına cavab verir.





Yəqin ki, mayın 9-da Qələbə Günündə bu haqda daha çox eşidəcəyik.





Prezident Putin öz ölkəsini "sürüklədiyi çox qaranlıq və uzun tunelin sonunda işıq ucu" gördüyünü iddia edəcək.





Michael Clarke London King's College institutunun müdafiə araşdırmaları üzrə dəvətli professorudur. (BBC)