Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin bütün məsuliyyəti Qərbin üzərinə atdı - Müharibəni siz başlamısınız

Rusiya lideri Vladimir Putin Federal Məclisə müraciət edib. O, müraciətində ənənəsinə sadiq qalaraq, Ukraynaya təcavüzün məsuliyyətini üzərindən atmağa çalışıb.

Pressklub.az növbəti dəfə bəyan edib ki, müharibəni onlar deyil, Qərb başlayıb və Rusiya məhz bu müharibəni dayandırmaq üçün gücə əl atmalı olub.

“Rusiya Ukrayna böhranını sülh yolu ilə həll etmək üçün əlindən gələni edib, lakin ölkənin arxasında “tamamilə fərqli ssenari” hazırlanırdı. Müharibəni Qərb başladıb, Rusiya isə onu dayandırmaq üçün gücdən istifadə edir”, - Rusiya dövlət başçısı vurğulayıb.

Onun sözlərinə görə, Qərb dövlətlərinin sülh arzusu ilə bağlı verdiyi vədlər əslində saxtakarlıq və yalan idi, onlar maneələr yaratmaqla məşğul olublar: “Mən bu gün çətin bir zamanda müraciət edirəm. Hamımız yaxşı anlayırıq ki, bu gün ölkəmiz üçün keçid dövrüdür. Bu, bütün dünyada köklü, dönməz dəyişikliklərin, ölkəmizin və xalqımızın gələcəyini müəyyən edən ən mühüm tarixi hadisələrin baş verdiyi, hər birimizin üzərinə böyük məsuliyyətin düşdüyü dövrdür”.

Xatırladaq ki, sonuncu dəfə Vladimir Putin Federal Məclisə 2021-ci ilin aprelində müraciət etmişdi. O vaxt onun çıxışı 1 saat 19 dəqiqə davam etmişdi.