Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pulun qüdrəti - Ceff Bezosun yaxtasına görə Rotterdamdakı tarixi körpü söküləcək

Niderlandın Rotterdam şəhərinin hakimiyyət orqanları “Amazon” kompaniyasının qurucusu, milyarder Ceff Bezosun yaxtasının keçməsi üçün tarixi “De Hef” körpüsünün müvəqqəti sökülməsinə razılıq verib.

Bu barədə Rijnmond telekompaniyası xəbər verir.

1927-ci ildə inşa edilən və “De Hef” kimi tanınan “Koningshavenbrug” körpüsü 2017-ci ildə təmir olunub və yerli hakimiyyət orqanları onu bir daha sökməyəcəkləri barədə vəd verib. Lakin indi milyarder Ceff Bezosun yaxtasının körpünün altından keçməsi üçün onun bir hissəsini sökmək lazım gəlir.

Sözü gedən yaxta Niderlandın Alblasserdam şəhərindəki tərsanədə inşa edilir. 430 milyon avroya başa gələn yaxta hündür olduğu üçün qədim körpünün altından keçə bilmir. Ceff Bezos və yaxtanı inşa edən “Oceano” kompaniyası şəhər şurasına müraciət edərək körpünün bir hissəsini öz vəsaitləri hesabına müvəqqəti sökməyə icazə istəyib. Rotterdamın hakimiyyət orqanları isə ictimaiyyətin etirazına baxmayaraq, buna razılıq verib.