KİV: Dörd Aİ ölkəsi Rusiya aktivlərinin Ukraynaya verilməsinə qarşıdır
14 Dekabr 2025
İtaliya, Belçika, Malta və Bolqarıstan dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsinə qarşı çıxıblar.
“Politico” xəbər verir ki, onlar Avropa Komissiyasına bu plana alternativləri nəzərdən keçirməyi xahiş edən birgə məktub göndəriblər.
Avropa Komissiyası israr edir ki, 18-19 dekabr tarixlərində keçiriləcək Avropa Şurasının zirvə görüşündə üzv dövlətlər Ukrayna iqtisadiyyatını dəstəkləmək üçün 210 milyard avroluq Rusiya aktivlərinin istifadəsi barədə razılığa gəlsinlər.
Bu plana qarşı çıxan əsas ölkə isə dondurulmuş vəsaitlərin əksəriyyətinin saxlanıldığı Belçikadır. Ölkə hökuməti Rusiyanın sonradan bu vəsaitlərin geri qaytarılması üçün məhkəməyə müraciət edəcəyindən çəkinir.
Artıq İtaliya, Malta və Bolqarıstan da Belçikaya qoşulublar. Onlar qarşıdakı illərdə Ukrayna iqtisadiyyatını maliyyələşdirmək üçün avrobondların buraxılmasını təklif edirlər.