Logo
news content
User
Kateqoriyalar

Xəbər

Elbəyi Kərimli həbsdə vəfat etdi

Ötən il narkotik ittihamı ilə məhkum edilmiş ictimai fəal Elbəyi Kərimlinin cəzaçəkmə müəssisəsində vəfat etməsi haqda sosial şəbəkədə məlumat yayılıb.

Ədliyyə Nazirliyi məlumatı təsdiqləyib.

Nazirlikdən bildirilib ki, Elbəyi Kərimlinin ölüm faktı ilə bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, AXCP üzvü olan E.Kərimli narkotik vasitələri saxlamaqda təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onun dekabrın 12-də saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsində öldüyü bildirilir. Bəzi məlumatara görə, o, özünə qəsd edib.