Priqojin əhvalatı bitmədimi?
28 İyun 2023
Vaqner özəl hərbi şirkəti tamamilə dövlət tərəfindən maliyyələşdirilib.
Bunu iyunun 27-də Kremldə hərbçilərlə görüşdə prezident Vladimir Putin deyib.
Putinin sözlərinə görə 2022-ci ilin mayından 2023-cü ilin mayınadək bu özəl hərbi şirkət Rusiya hökumətindən 86 milyard rubl (1.1 milyard dollar) alıb. O deyib ki, bu pullar muzdlulara ödənmək üçün ayrılmışdı.
Putin əlavə edib ki, özəl hərbi şirkətin sahibi – Yevgeni Priqojinin Konkord şirkəti “Voentorg” vasitəsilə hərbçilərin iaşə xidmətindən bir ildə 80 milyard rubl qazanıb:
"Ümid edirəm ki, heç kəs oğurluq etməyib və ya bundan az oğurlayıb. Amma bu məsələni araşdıracağıq”.
Vaqner özəl hərbi şirkəti qeyri-rəsmi hərbiləşdirilmiş birlikdir. Priqojin uzun müddət bu qurumla hər hansı bağlılığını inkar edib və hətta bunu iddia edən jurnalistləri məhkəməyə verib. Amma o ötən ilin sentyabrında bu şirkəti yaratdığını bildirib.
Bu ilin yanvarında Priqojin bəyan etmişdi ki, şirkətin maliyyələşdirilməsi ilə şəxsən özü məşğul olub. O deyirdi ki, Ukrayna müharibəsi dövründə dövlətdən heç bir maliyyə almayıb.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) bildirib ki, Vaqner özəl hərbi şirkətinin Moskvaya Rostov-Don və Voronejdən keçən reydinin ardınca qaldırılımış cinayət işinə xitam verilib.
Bundan əvvəl Kreml Yevgeni Priqojinlə razılaşma çərçivəsində cinayət işinin bağlanacağını vəd etmişdi.
Bu yürüş nəticəsində azı 10 rusiyalı hərbçi həlak olub və bir milyonluq əhalisi olan Rostov şəhəri hakimiyyətə tabe olmayan hərbi qruplaşmanın nəzarətində olub.
FTX-nin məlumatında deyilir ki, xüsusi xidmət orqanları “qiyam iştirakçılarının cinayət törədilməsinə yönəlmiş hərəkətlərini dayandırdıqlarını müəyyənləşdirib”.
İyunun 26-də xalqa müraciətində prezident Vladimir Putin demişdi ki, Vaqner döyüşçülərindən “sui-istifadə” etməyə çalışıblar, amma onlar “yeganə düzgün qərarı qəbul edərək son xətdə dayanıblar”.
Putin bu hadisələr zamanı Rusiya hərbi təyyarəçilərinin həlak olduqlarını təsdiq edib. Amma o neçə pilotun həlak olduğunu açıqlamayıb.
Lakin anonim hərbi bloger Fighterbomber yazır ki, Vaqnerin vurduğu helikopterlər və bir təyyarədə 13 pilot həlak olub.
Donetsk separatçılarının keçmiş başçısı İqor Strelkov Girkin isə iki sərhədçinin öldürüldüyünü bildirib. Priqojin öz muzdlularından ikisinin həlak olduğunu deyib.
Bu da xəbər verilir ki, Rusiya Milli Qvardiyası - Rosqvardiyaya əlavə hərbi texnika – tanklar və artilleriya qurğuları veriləcək.
Bunu iyunun 27-də qvardiyanın komandanı Viktor Zolotov Putinin hərbçilərlə görüşündən sonra jurnalistlərə deyib.
Zolotovun sözlərinə görə əlavə texnika məsələsi prezidentlə müzakirə olunub.
Rosqvardiya qoşunları 2016-cı ildə Rusiya DİN-in daxili qoşunlarının bazasında yaradılıb.
Qvardiyaçıların döyüş aviasiyası və zirehli maşınları var. Onların miqyaslı polis və antiterror əməliyyatlarında iştirakı nəzərdə tutulub.
Qiyam zamanı Vaqner döyüşçüləri bir milyonluq əhalisi olan Rostov şəhərini nəzarətə götürmüş və daha bir şəhəri – Voroneji bağlamışdılar.
Bu zaman onlara Rusiya silahlı qüvvələri tərəfindən heç bir müqavimət göstərilməmişdi.
Rosqvardiyanın yollarda böyük yük maşınlarından qurduğu piketlər vaqnerçilərin qarşısını ala bilməyib.
Buna baxmayaraq Zolotov Rosqvardiyanın “möhtəşəm” işindən danışıb.
O iddia edib ki, qiyamçıları döyüşlə qarşılamaq üçün şəxsən özü, uşaqları və nəvələri ilə Moskva ətrafına gəlmişdilər.
Moskvanın müdafiəsi Rosqvardiyaya daxil Dzerjinski adına diviziyanın əsas vəzifəsidir.
Lakin Vaqner döyüşçüləri Priqojinlə danışdıqdan sonra Moskvaya yürüşü dayandırıblar.
Xəbər verilirdi ki, danışıqlar nəticəsində Priqojinə Belarusa getmək icazəsi verilib.

FTX yenə də cinayət işinin bağlandığını deyir

Putin nə demişdi
İyunun 26-də xalqa müraciətində prezident Vladimir Putin demişdi ki, Vaqner döyüşçülərindən “sui-istifadə” etməyə çalışıblar, amma onlar “yeganə düzgün qərarı qəbul edərək son xətdə dayanıblar”.
Putin bu hadisələr zamanı Rusiya hərbi təyyarəçilərinin həlak olduqlarını təsdiq edib. Amma o neçə pilotun həlak olduğunu açıqlamayıb.
Lakin anonim hərbi bloger Fighterbomber yazır ki, Vaqnerin vurduğu helikopterlər və bir təyyarədə 13 pilot həlak olub.
Donetsk separatçılarının keçmiş başçısı İqor Strelkov Girkin isə iki sərhədçinin öldürüldüyünü bildirib. Priqojin öz muzdlularından ikisinin həlak olduğunu deyib.
Rosqvardiyaya əlavə texnika veriləcək
Bu da xəbər verilir ki, Rusiya Milli Qvardiyası - Rosqvardiyaya əlavə hərbi texnika – tanklar və artilleriya qurğuları veriləcək.
Bunu iyunun 27-də qvardiyanın komandanı Viktor Zolotov Putinin hərbçilərlə görüşündən sonra jurnalistlərə deyib.
Zolotovun sözlərinə görə əlavə texnika məsələsi prezidentlə müzakirə olunub.
Rosqvardiya qoşunları 2016-cı ildə Rusiya DİN-in daxili qoşunlarının bazasında yaradılıb.
Qvardiyaçıların döyüş aviasiyası və zirehli maşınları var. Onların miqyaslı polis və antiterror əməliyyatlarında iştirakı nəzərdə tutulub.
Qiyam zamanı Vaqner döyüşçüləri bir milyonluq əhalisi olan Rostov şəhərini nəzarətə götürmüş və daha bir şəhəri – Voroneji bağlamışdılar.
Bu zaman onlara Rusiya silahlı qüvvələri tərəfindən heç bir müqavimət göstərilməmişdi.
Zolotovun “möhtəşəm” işi