Logo
news content
User
Kateqoriyalar

Xəbər

PKK/YPG killeri xüsusi əməliyyatla Türkiyəyə gətirildi

Terror təşkilatı PKK/YPG-nin killeri kimi tanınan “Rojda” ləqəbli Dilbirin Kaçar Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyadakı əməliyyatı ilə Türkiyəyə gətirilib.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, 2015-ci ildə Siirtdə terror təşkilatına qoşulan Kaçar 1 ilə yaxın Cudi və Qabar bölgələrində fəaliyyət göstərdikdən sonra 2016-cı ildə Suriyaya göndərilib.

İraqın Sincar rayonunda killer kimi təlim keçən Kaçar 2018-ci ilin yanvar ayında keçirilən “Zeytun budağı” və 2019-cu ilin oktyabrında “Sülh çeşməsi” əməliyyatları zamanı terror təşkilatı üçün müxtəlif aksiyalarda iştirak edib.

Türkiyənin mümkün əməliyyatına qarşı Aynularap bölgəsinə gücləndirici qüvvə kimi göndərilən komandanın qondarma komandirinin Kaçar olduğu müəyyənləşib.