Paşinyan: "Sülh sazişi olacaq"
23 Mart 2023
Sülh sazişi olacaq və indiyədək yüksək səviyyədə əldə olunmuş yazılı sənədlərə əsaslanacaq. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan martın 23-də hökumətin iclasında deyib.
“Bizimi işimizə gəlincə, Ermənistan hökuməti və ictimaiyyəti gündəlik quruculuq işiylə məşğul olmalıdır – tikməli, islahat aparmalı, rifah yaratmalı, təhlükəsizlik sistemini möhkəmləndirməlidir. Biz bircə dəqiqə də olsun, inkişaf, Ermənistanın və demokratiyamızın gücləndirilməsi yolundan geri çəkilməməliyik”, – Paşinyan bildirib. O, Azərbaycanın durumu yeni hərbi eskalasiyaya apardığını iddia edib.
Paşinyan bildirib ki, Azərbaycanın beynəlxalq səviyyədə əldə olunmuş razılaşmaları pozmasının cəzasız qalması onu yeni provokasiyaları təhrik edir. Baş nazir martın 22-də Ermənistanın hərbi qulluqçusunun Azərbaycan tərəfdən snayper atəşi ilə öldürüldüyünü qeyd edib.
Azərbaycanın Müdafiə Nazirliyi isə bu insidentdə əli olmadığını bildirib. Rəsmi Bakı indiyədək Yerevanın provokasiya ilə bağlı iddialarını rədd edib, əksinə, Ermənistanın sülh prosesini pozduğunu açıqlayıb.
Blinken də nikbindir
ABŞ-ın Dövlət katibi Entoni Blinken də hesab edir ki, Azərbaycanla Ermənistan tezliklə sülh sazişi imzalaya bilərlər. Martın 22-də konqresdəki komitə dinləmələrində çıxış edən Blinken deyib: “Düşünürəm ki, imkan var, şişirtmək istəmirəm, ancaq sülh sazişinin hazırlanmasını faktiki yekunlaşdırmağa imkan verən fürsət var”.
Blinken Münxen konfransında Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü, iki ölkənin xarici işlər nazirlərinin bu yaxınlarda Vaşinqtonda olduğunu yada salıb. “Onların qayıdışını gözləyirəm. Biz sazişin mətni üzərində işlədik”, – Blinken bildirib.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibəylə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.