Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan sülh barədə danışdı: "Kosmosa uçuşlar da qeyri-real görünürdü"

Ermənistanın strategiyası region qonşuları ilə iqtisadi inteqrasiyanı dərinləşdirməyə yönəlib.

“Sputnik-Armenia” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Yenidənqurma və İnkişaf Bankının İrəvanda keçirilən illik iclasında deyib.

"Kosmosa uçuşlar da qeyri-real görünürdü, lakin insanlar yeni şeylər öyrənməyə hazır olduqları üçün buna nail oldular. İndi kosmosa uçuşlar heç kəsi təəccübləndirmir", - o bildirib.

Paşinyan diqqəti müxtəlif ölkələrin ərazilərindən keçəcək, həm bu dövlətlərin özləri, həm də regiondan kənar ölkələr üçün əhəmiyyət kəsb edən transregional kommunikasiyaların yaradılmasına yönəldib.