Paşinyan: "Ordu müharibə vaxtı çevriliş etmək isrəyirdi"
27 İyun 2023
Ermənistan baş naziri Nikol Paşinyan 44 günlük müharibədəki məğlubiyyətə görə ordunu günahlandırıb.
O, bu barədə 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında danışıb.
Baş nazir bildirib ki, Ermənistan Silahlı Qüvvələri vəzifələrinin öhdəsindən gələcəyini bildirmişdi: “Mənə hansı texnikaların, silahların lazım olması barədə məlumat vermişdilər. Demişdim ki, nə lazımdırsa, təmin edəcəm. Müharibə ərzində bu prinsipə daim əməl etdim, ordunun ehtiyaclarını ödədim”.
Baş nazir iddia edib ki, müharibə vaxtı bəzi silahların istifadə hüququ tam olaraq Ermənistana aid olmayıb. O, iclasın qapalı hissəsində Ermənistan Silahlı Qüvvələrinin arsenalında olan həmin silahlar barədə ətraflı məlumat verəcəyini söyləyib.
Baş nazir bu silahların Rusiya istehsalı olan “İskəndər-M” əməliyyat-taktiki raket kompleksi olub-olmaması ilə bağlı suala aydınlıq gətirməyib.
Ermənistan baş naziri Nikol Paşinyan 2020-ci ildə baş verən 44 günlük müharibə vaxtı ordusunun xeyli itiki verdiyi etiraf edib və bunun səbəblərini açıqlayıb.
Hökumət başçısı qeyd edib ki, ən ciddi problem silahlı qüvvələrin fəaliyyəti ilə bağlı idi:
“Ordumuzun hərəkətlərində problem var idi. Bizim itkilərimizin böyük hissəsi məhz mövqe dəyişikliyi zamanı baş verirdi”.
N. Paşinyan həmçinin əlavə ki, Ermənistan ordusunda mobillik yox idi.
Nikol Paşinyan 44 günlük müharibə zamanı hərbçilərin çevriliş etmək istədiklərini də vurğulayıb.
O bildirib ki, həmin vaxt yüksək rütbəli hərbçilərin fəaliyyətsizliyi məhz buna xidmət edirdi.