Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan Moskvaya gedəcəkmi?

Ermənistanın Baş naziri Nikol Paşinyan bu ilin may ayında Avrasiya İqtisadi İttifaqı (Aİİ) sammitində iştirak etmək üçün Rusiya paytaxtına gedə bilər.

Bu barədə “Hraparak“ erməni nəşri hakimiyyətə yaxın mənbələrinə istinadən yazıb.

Nəşrin sözlərinə əsasən, Ermənistan cari ilin 1 yanvar tarixindən AİB-ə daxil olan təşkilatlara, həmçinin Ali Avrasiya İqtisadi, Avrasiya Hökumətlərarası və Avrasiya İqtisadi Komissiyası Şuralarına rəhbərlik edir.

Həmçinin əlavə olunub ki, ənənəyə əsasən Birlik üzvlərinin iclası ona sədrlik edən ölkədə həmin ölkənin sədrliyi dövründə çağırılır, lakin Ermənistan tərəfi hələlik bu barədə təklif irəli sürməyib.