Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan: Ermənistanla Azərbaycan arasında sülhün olmasını istəməyən qüvvələr var

Bəzi xarici və daxili qüvvələr Ermənistanla Azərbaycan arasında davamlı sülhün olmasını istəmir.

TASS xəbər verir ki, bu fikirləri Ermənistan hökumətinin başçısı Nikol Paşinyan deyib.

“Təəssüf ki, istər Ermənistanda, istər Azərbaycanda, istərsə də bizim ölkələrimizdən kənarda sülhdə maraqlı olmayan qüvvələr var və olacaq”, - baş nazir qeyd edib.