Onun rəqibi ancaq Almaniya "Leopard"larıdır - "Altay"ın hansı özəllikləri var? - VİDEO
24 Aprel 2023
Xəbər verdiyimiz kimi, Türkiyənin ilk milli “Altay” tankları sınaq üçün Türkiyə silahlı qüvvələrinə təhvil verilib.
Söhbət 65 ton ağırlığı olan "Yeni Altay" tankından gedir. Əzəməti ilə düşmənə meydan oxuyan bu tank hədəfini isə azı 8 kilometr uzaqlıqdan vura bilir.
"Yeni Altay" 70 km saat sürətlə hərəkət edir. “Qiyməti 5,4 milyon dollardır”
Onun tək rəqibi Almaniya "Leopard" tankları sayılır. Vətənin yeni qoruyucusu olan "Altay"ın, qiyməti ilə müqayisədə keyfiyyəti də çox yüksəkdir.
Qeyd edək ki, döyüş maşını 1919-1923-cü illərdə Türkiyə Qurtuluş Savaşında vuruşmuş general Fəxrəddin Altayın xatirəsinə adlandırılıb. Tank demək olar ki, tamamilə Türkiyə müdafiə müəssisələri tərəfindən hazırlanıb. Cənubi Koreyanın “Hyundai” şirkətindən ölkəyə verilən lisenziyalar əsasında 120 mm-lik top da daxil olmaqla ayrı-ayrı silah elementlərinin istehsalına qərar verilib.
65 tonluq hərbi maşın tank əleyhinə raket sistemləri və yeni nəsil zirehlərə qarşı aktiv müdafiə sistemi ilə təchiz edilib. Tank atəşinə nəzarət kompüter sistemindən istifadə etməklə həyata keçirilir.
Tankların sınaqlarının təxminən iki il çəkəcəyi gözlənilir.
“Altay” Türkiyə Silahlı Qüvvələrində xidmətdə olan alman “Leopard”ları və Amerika M60 tanklarını əvəz edəcək.
https://www.youtube.com/watch?v=ZqJ48VT9OQU