Logo
news content
User
Kateqoriyalar

Xəbər

On beş mənzildən yalnız üç nəfər sağ çıxıb: Uçmuş binanın sakinlərinin hekayəsi


İskəndərunda, dağılmış binaların qalıqları arasında, pəncərə çərçivəsindən asılmış kəpənək naxışlı bir pərdə əsən soyuq küləyin təsiri altında dalğalanır.





"Bu, Ceydanın otağıdır”.




Zəlzələdən əvvəl 19 yaşlı Ceyda Öcan bu pəncərədən və pərdələrdən İsgəndərundakı küçəyə baxırdı. Ancaq indi ən yaxın rəfiqəsi Damla və ailəsi, xilasedicilər və itlər dağılmış binanın altında həyat əlamətlərini tapmağa cəhd göstərirlər və Ceydanın sağ olduğuna ümid edirlər.





Damla Ceyda ilə tanış olanda birincisinin altı yaşı, ikincisinin isə səkkiz yaşı olub. Onlar həmişə çox yaxşı dost olublar. Bu pərdələri də son dəfə dükanda olduqları zaman alıblar.





"İkimiz də kəpənəkləri sevirdik", gözləri yaş içində olan Damla deyir. Onun telefonunda Ceydanın və onun bacısının Damlaya ad günündə aldıqları tortun şəkli qalıb.





Ceydanın yaşadığı Orcan adlı çoxmənzil bina, bir sıra orta hündürlükdə binaların arasında yerləşiridi. Bütün binaların alt mərtəbəsində mağazaları var idi. Zəlzələ yerli vaxtla saat 04:17-də baş verəndə Ceyda və Orcan yaşayış binasının digər sakinləri, çox güman ki, yatmışdı. Yeraltı təkanlar binanı dağıtdı.




Orcan adlı çoxmənzilli binada 15 mənzil olub, onlardan birində Ceyda ailəsiylə birlikdə yaşayıb.





Zəlzələdən sonrakı günlərdə sakinlərin dostları və qohumları binanın dağıntıları qarşısına toplaşaraq ümidlə gözləyr və yaxınları haqqında danışırdılar.





Zəlzələdən əvvəl 19 yaşlı Ceydağ Öcan, ən yaxşı dostu Damla ilə birlikdə fotoşəkildə göstərilən kəpənək naxışlı pərdələr almışdı.





Çərşənbə günü bir gündən çox qazıntı işləri aparıldıqdan dağıntılar altından bir nəfərin sağ çıxması sevinclə qarşılandı. Həmin qadın Ceydanln qonşularından biri idi.





Xilasedicilərin və ətrafda yaşayan sakinlərin sözlərinə görə, həmin qadın dağıntıların altında uçmuş divarlar arasından Ceyda ilə danışa bildiyini və onun sağ-salamat olduğunu iddia edib.





Dağıntılar altından kiminsə sağ çıxmasına dair məlumat olmayıb.





İskəndərun










Ceydanın şəkli





Ceydanın ailəsi və dostları onun sağ tapılacağına ümid edirlər




Üç gün ərzində ardıcıl olaraq xilasetmə işlərini izləmək üçün Orcan binası yerləşən sahəyə baş çəkdik.





Zəlzələdən sağ çıxanlar üçün yaradılan səyyar xəstəxanaları gördük. Xilasedicilər və qonşular binanın dağıntıları altından üç nəfərin sağ çıxarıldığını, qalanların taleyi barədə isə məlumatın olmadığını bildirdilər.





Dağıntılar qarşısında toplaşanlar bizə Orcan sakinləri arasında çox yaxın qonşuluq münasibətlərinin olduğunu dedilər. Qonşular tez-tez çay və ya acı türk qəhvəsi içmək üçün bir-birlərinə qonaq gedirmiş.





Orcan binası on illərdir ki, burada dururdu. "50 yaşım var və xatırlayıram ki, hələ məktəbə gedib-gələn vaxtımdan bu evin yanından keçirdim", -bir kişi xatırlayır.





Yerli sakinlərin sözlərinə görə, zəlzələ Orcan-ın yerləşdiyi ərazidə bir qonşu binaları "domino daşları kimi" dağıdıb.





Dağıdılmış küçənin hər iki tərəfində bəzi bənzər binalar isə ümumiyyətlə təsirlənməmiş kimi görünür.










Mobil telefon





Ceydanın en yaxın dostu Damla onun ad gününə bu şəkildəki tortu hədiiyə edib




Birinci mərtəbə: "Kiminsə orada olub-olmaması sualına səslənən olmayacaq"




63 yaşlı Şehvar və nitqində çətinliyi olan qızı Derya binanın birinci mərtəbəsində yaşayırdılar.





Xilasetmə işlərini izləyən ailə üzvləri ana və qızın vaxtlarının çox hissəsini birlikdə keçirdiklərini və Şehvarın qızına qayğı göstərdiyini söyləyirlər.





Deryanın bacısı Deniz deyir ki, "Orada sağ qalan olsa da belə, kimsə varmı sualını cavablandıran olmayacaq". Deniz iki saatlıq məsafədə yerləşən evindən buraya gəlib.





Berkin qardaşı və anası dağıntıların altından sağ çıxıblar.





Eyni mərtəbədə, binanın digər tərəfində, universitet məzunu Berk yaşayırdı.





Qardaşı Doğukan zəlzələdən sonra binanın ucundakı dağıntılar altında anası ilə qaldığını, ancaq sonra xilas edildiyini deyir. O, dağıntılar altında doqquz saat keçirdiyini deyərək xilasetmə işlərini tənqid edir.





Qardaşı hələ də itkin düşdüyünə görə, Doğukan öz təcrübəsi haqqında çox danışmaq istəmədi, ancaq qonşuları deyir ki, o, zəlzələ zamanı evdə olmayan qardaşına zəng etməyi bacardıqdan sonra xilas xilas olunub.





Berk bir neçə gündür görünmür, yaralı anası isə xəstəxanadadır.





İskəndərun





İkinci mərtəbə: "Bir-birlərindən yaşaya bilmirdilər”









Berkin şəkli





Berkin qardaşı və anası dağıntıların altından sağ çıxarılıblar




Daha bir ana və qızı binanın ikinci mərtəbəsind yaşayırdılar: 64 yaşlı Hatice və 33 yaşlı Derya.





Mevlüt qızının çökmüş binada təhlükəsiz yer tapa bildiyinə ümid edir.





Deryanın atası və Hatijenin keçmiş həyat yoldaşı Mevlüt bir neçə gündür xəbər gözləyir.





Deryanın iş təhlükəsizliyi mütəxəssisi olduğunu və təcili hallarda "hara gedəcəyini, nə edəcəyini, necə davranacağını" bildiyini söyləyir.





Ata pozitiv əhval-ruhiyyədə qalmağa çalışır və qızının qabiliyyətinə inanır. Ümid edir ki, o,"anasını və digərlərini binada təhlükəsiz yerə apara bilər".





Üçüncü mərtəbə: "Ceyda yenidən gülümsəyəcək"









Melüt kişi





Mevlüt çökən binada qızının təhlükəsiz bir yer tapmasına ümid edir




Ceyda valideynləri ilə üçüncü mərtəbədə yaşayırdı. Böyük bacısı bu evdən köçs5ə də, yaxınlıqda qalır. Dağıntıların qarşısına toplaşan qonşular, böyük bacının zəlzələdən sonra bir yaşayış binasının girişinə yaxınlaşarkən huşunu itirdiyini və başqa bir yerə aparıldığını söyləyirlər.





Ceydanın nənəsi və babası da yaxınlıqda yaşayırdılar. Onların da mənzili zəlzələ nəticəsində dağıılıb. Qohumları onları yaxın bir ailə kimi təsvir edirlər.





Ceydanın atası Çingizin bir ehtiyat hissələri dükanı var idi. Anası daha əvvəl iki qız uşağını itirmişdi. Ailə üzvləri, Ceyda qəzadan sağ çıxsa və valideynlərinin öldüyünü bilsə, buna necə dözə biləcəyindən narahatdırlar.





Ceydanın yerli icma arasında necə sevildiyini bilmək üçün küçəyə çıxmaq kifayətdir. Onun dostları Ceyda haqqında xatirələrini yada salır, indiki və keçmiş oğlan dostları onun axtarışında iştirak edirlər.





Ceydanın ailəsi və dostları hələ də yeniyetmə qızın sağ qalacağına ümid edirlər.





Onlar Ceydanı "şən" və "düşüncəli" birisi kimi təsvir edirlər və universitetdə oxumaq üçün Damla ilə birlikdə İstanbulda çox çalışdığını söyləyirlər.





"Ən çox qəhvə içməyi sevirdi", deyən Damla xatırlayır ki, Ceyda dostlarını tez-tez Volkswagen avtomobilində gəzdirməyi sevirdi. Hazırda bu avtomobil dağıdılmış yaşayış binasından bir neçə metr aralıda parklanıb. Maşının qabağ şüşəsi qırılmış haldadır.





Damla hələ də Ceydanın sağ qalacağına və "yenidən gülümsəyəcəyinə" inanır.





Dördüncü mərtəbə: "Dağıntılar altında nə qədər qaldım?”




Binanın qalıqları qarşısında dayanıb qohumlardan binada yaşayan sakinlər barədə məlumat alarkən dağıntılar altından bir nəfər sağ çıxarılıb.





Bu, hamı tərəfindən sevilən 50 yaşlı Ferdane ana idi.





Ceyda ilə danışdığını söyləyən adam da o idi.





Xilasedicilərin sözlərinə görə, o, yaralı olub və xəstəxanaya aparılıb. Yetkin yaşında olan oğlu anasının yanında xəstəxanada idi, gözləyirdi.





Xilsaedicilərdən birinin sözlərinə görə, aparılarkən Ferdane ana dağıntılar altında nə qədər qaldığını soruşub.





Oğlu cavab verib ki, "üç gün, ana." Qadın isə elə bilirdi ki, dağıntılar altında altı gün keçirib.





Cümə günü xilasedicilər dağıntılar qarşısında gözləməkdə davam edən ailələrə bildiriblər ki, artıqdağntılar altından kiminsə sağ çıxacağına ümid yoxdur.





Şənbə günü, fevralın 11-də, yerli vaxtla saat 03:20-də Ceydanın cəsədi, atasının və anasının cəsədləri ilə birlikdə tapılıb. Ailəsi dərhal onları İskəndərunda dəfn edib.