Logo
news content
User
Kateqoriyalar

Xəbər

Olimpiadada daha bir azərbaycanlı idmançı medal qazanıb

Moldovanı təmsil edən azərbaycanlı cüdoçu Adil Osmanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.

73 kq çəki dərəcəsində mübarizə aparan tatami ustası üçüncü yer uğrunda görüşdə Manuel Lombardo (İtaliya) ilə qarşılaşıb.

Rəqibini ipponla məğlub edən Osmanov bürünc mükafata sahib çıxıb.