Növbəti təhlükə: ABŞ və Rusiya təyyarələri arasında insident yaşanıb
21 Mart 2023
ABŞ və Rusiya təyyarləri arasında növbəti gərginlik yaşanıb. Belə ki, Rusiya təyyarəsi havada ABŞ təyyarələrinə qarşı manevrlər həyata keçirib.
Pressklub.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
İddia edilir ki, Rusiyanın “Su-35” qırıcısı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki “B-52H” strateji bombardmançı təyyarəsinin Baltik dənizi üzərində dövlət sərhədini pozmasının qarşısını alıb.
“20 mart 2023-cü il tarixində Qərb Hərbi Dairəsinin növbətçi hava hücumundan müdafiə qüvvələrinin radiolokasiya qurğuları Baltik dənizi akvatoriyası üzərində Rusiya dövlət sərhədi istiqamətində uçan hava hədəflərini aşkar edib. Onlar ABŞ Hərbi Hava Qüvvələrinin iki “B-52N” strateji bombardmançı təyyarəsi kimi təsnif edilib” – qurum açıqlayıb.
Qeyd olunub ki, dövlət sərhədinin pozulmasını qabaqlamaq üçün “Su-35” qırıcısı havaya qaldırılıb, onun ekipajı havada müəyyən edilmiş növbətçilik zonasını əhatəyə alıb.
“Xarici hərbi təyyarələr uzaqlaşdıqdan sonra Rusiya qırıcısı öz baza aerodromuna qayıdıb”, - mərkəzdən bildirilib.
Qurum əcnəbi təyyarələrə hava məkanını pozmağa imkan verilmədiyini vurğulayıb.